Son 50 ildə Azərbaycanda demokrafik vəziyyət pisləşib. 1990-2020-ci illərdə Azərbaycanda əhalinin tәbii artım, doğuş və ölüm səviyyəsinin statistikasına görə ölkədə demokrafik vəziyyət aşağı düşüb.
Bizim.Media xbər verir ki, bu sözləri iqtisadçı-ekspert Samir Əliyev “Facebook” hesabında qeyd edib. Onun sözlərinə görə Azərbaycanda 1970-ci ildə 151 minə yaxın körpə dünyaya gəlib. 1990-cı ildə hətta 183 min nəfərə yüksəlib. 2020-ci ildə doğulan körpələrin sayı 127 min nəfərə yaxın olub. Bu isə son 17 ildə ən aşağı göstəricidir.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanlılar doğuş üçün niyə RUSİYANI seçir? – SƏBƏBLƏR
İqtisadçı əlavə edib ki, 1970-ci ildə ölkə əhalisinin sayı 5.1 milyon, 1990-cı ildə 7.1 milyon, 2020-ci ildə isə 10,1 milyon nəfərə yaxın olub.
Son 50 ildə əhali sayı 2 dəfə artsa da, doğum nəinki artmayıb hətta azalıb. Təbii artım isə 4 dəfə azalıb.
Alçina Amilqızı, Bizim.Media