“Facebook”dan YENİ QƏRAR – Bu sorğularda hədəf auditoriyası tapılmayacaq

“Facebook”dan YENİ QƏRAR – Bu sorğularda hədəf auditoriyası tapılmayacaq

Hazırda oxunan: “Facebook”dan YENİ QƏRAR – Bu sorğularda hədəf auditoriyası tapılmayacaq

45986

“Facebook” sosial şəbəkəsinin sahibi olan ABŞ-ın “Meta” şirkəti bəzi istifadəçi qruplarında mənfi emosiyalar yarada bilən detallı reklam targetinqini aradan qaldıracaq.

Bizim.Media xəbər verir ki, bu barədə şirkətin çərşənbə axşamı yaydığı məlumatda deyilir.

“2022-ci il yanvarın 19-dan etibarən biz insanların həssas yanaşa biləcəyi mövzularla bağlı təfərrüatlı targeting opsiyalarını ləğv edəcəyik”, - deyə məlumatda bildirilir.
 

Beləliklə, irqi, etnik mənsubiyyəti, siyasi baxışları, dini, cinsi oriyentasiya və s. parametrlər silinəcək. Məsələn, “kimyaterapiya” və ya “Katolik kilsəsi” kimi sorğular üçün hədəf auditoriyanı axtarmaq mümkün olmayacaq.


Şirkət qəbul edilən qərarın biznes və təşkilatların bəzi sahələrinə mənfi təsir göstərə biləcəyini etiraf edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO