Xumar Qədimovadan “Şuşa” adlı yeni mahnı - VİDEO

Xumar Qədimovadan “Şuşa” adlı yeni mahnı - VİDEO

Hazırda oxunan: Xumar Qədimovadan “Şuşa” adlı yeni mahnı - VİDEO

45924

Əməkdar artist Xumar Qədimova “Şuşa” adlı yeni mahnısını təqdim edib.

Bizim.Media xəbər verir ki, tədbirdə Rəşad Məcid, Aqil Abbas, İradə Tuncay, Xanım İsmayılqızı, Saleh Bağırov kimi tanınmışlar iştirak edib.

Xumar Qədimova yeni əsərini Şuşaya həsr edilən mahnıların tacı adlandırıb:

"İllər əvvəl sənətə Xumar Qədimova olaraq "İsa bulağı" mahnısı, Şuşa və Şuşa dərdi ilə gəlmişdim. İndi isə Şuşa zəfəri ilə gəlmişəm. Rəşad Məcidin sözlərinə Şuşaya həsr edilən gözəl bir əsər yaratdıq. Allah şəhidlərimizə rəhmət eləsin (kövrəlir). Onların ruhu bizlərə kömək olsun! Yaşasın Azərbaycan! Yaşasın Şuşa! "Şuşa" mahnısına klip də çəkəcəyik, hazırda mahnnını Şuşanın görüntüləri ilə təqdim etdik. Şuşada konsert verməyi və klip çəkməyi düşünürük. Məncə, Şuşaya həsr edilən mahnıların tacıdır”.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO