Prezident yanında İdarəçilik Akademiyasının müşaviri Zaur Məmmədov Türk Şurasının adının dəyişdirilərək Türk Dövlətləri Təşkilatı olması və VIII Zirvə Görüşündə qəbul olunan “Türk Dünyası 2040 Vizyonu”ndan bəhs edib:
"Dünənki hadisə əlamətdar oldu. 2040 konsepsiyası olduqca vacibdir. Sevindirici haldır ki, yekun bəyanatda Azərbaycanın ərazi bütövlüyünün təmin olunması alqışlanıb. Sərhəd toxunulmazlığının da təşkilat üçün prioritet olduğu qeyd olunub".
MÖVZU İLƏ BAĞLI:
“Türk Dünyası 2040 Vizyonu” qəbul edildi - İSTANBULDA TARİXİ HADİSƏ
Bizim.Media-ya özəl açıqlamasında politoloq qarşıdakı 20 il ərzindəki əsas hədəflərdən də söz açıb.
Əsas hədəflərdən biri TDT daxilində bütün sahələrdə inteqrasiyanın genişləndirilməsidir:
"Bir qədər sonra vahid ordunun yaradılması da istisna deyil. Bu, bir çox qüvvələr üçün qorxulu yuxu olacaq. 44 günlük savaşdan sonra Türkiyənin Qazaxıstan, Qırğızıstan və Özbəkistanla artan hərbi-texniki əməkdaşlığı da bunun göstəricisidir".
Eyni zamanda ortaq maliyyə büdcəsi, bank-kredit məsələlərindəki əməkdaşlıq da önəmlidir. Çünki bu, Avrasiyanın orta xəttində Avropa İttifaqı qismində böyük gücə sahib olacaq daha bir təşkilatın mövcudluğundan xəbər verir. Zaur Məmmədov sonda bir daha bildirib ki, TDT-nin sammiti olduqca vacib idi:
"Bu artıq, Avrasiyada türk sivilizasiyasının oyanışı və yeni tarix deməkdir".
Bizim.Media