Maliyyə naziri Samir Şərifov gələn ilin dövlət büdcəsində əmək pensiyalarının, sosial müavinətlərin və digər sosial ödənişlərin artırılması üçün ayrılan vəsaitin həcmini açıqlayıb.
Bizim.Media xəbər verir ki, o, Milli Məclisin 5 momitəsinin (Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Mədəniyyət) “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsinə həsr olunmuş iclasında bildirib ki, bu məqsədlə 1 milyard 440 milyon manat məbləğində müvafiq maliyyə təminatı təmin edilib.
MÖVZU İLƏ BAĞLI:
Pensiyalar artacaq – Sahil Babayev zamanı açıqladı
Qeyd edək ki, gələn il üçün büdcə xərcləri artırılaraq 29 milyard 879 milyon manat məbləğində təklif olunur.
Bizim.Media