Milli Məclisin 5 komitəsində dövlət büdcəsi müzakirə edildi - FOTO

Milli Məclisin 5 komitəsində dövlət büdcəsi müzakirə edildi - FOTO

Hazırda oxunan: Milli Məclisin 5 komitəsində dövlət büdcəsi müzakirə edildi - FOTO

45781

Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Mədəniyyət komitələrinin birgə iclası keçirilib.

Bizim.Media xəbər verir ki, iclasda “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

Büdcə layihəsini təqdim edən maliyyə naziri Samir Şərifov bildirib ki, 2022-ci ilin dövlət büdcəsində keçən ilə nisbətən gələn il üçün büdcə xərcləri artırılaraq 29 milyard 879 milyon manat məbləğində təklif olunur.
 

MÖVZU İLƏ BAĞLI:

Milli Məclisin növbəti iclaslarında nələr müzakirə ediləcək? - SİYAHI


Bu da gələn il üçün proqnozlaşdırılan ÜDM-nin 34,5%-nə bərabərdir. Cari ildə olduğu kimi növbəti ildə də dövlət büdcəsinin prioritet xərclərində işğaldan azad olunmuş ərazilərin bərpa və yenidən qurulmasına xüsusi önəm verilib.

Müzakirələrdən sonra “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda müzakirə edilmək üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO