17 yaşlı qız su kanalına düşərək öldü - Kürdəmirdə bədbəxt HADİSƏ

17 yaşlı qız su kanalına düşərək öldü - Kürdəmirdə bədbəxt HADİSƏ

Hazırda oxunan: 17 yaşlı qız su kanalına düşərək öldü - Kürdəmirdə bədbəxt HADİSƏ

45749

Kürdəmir rayonunda 17 yaşlı qız su kanalına düşərək ölüb.

Bizim.Media xəbər verir ki, hadisə rayonun Ərəbqubalı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 2004-cü il təvəllüdlü Şalıyeva Gülarə Cavanşir qızı ehtiyatsızlıqdan su kanalına düşüb.

Ətrafdakı insanların köməyi ilə sudan çıxarılan gənc qız Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

G.Şalıyevanın meyiti Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO