Erməni terror təşkilatı VoMA-ya tapşırıqları kim verir? – Rusiya ilə bağlı YENİ PLANLAR - VİDEO

Erməni terror təşkilatı VoMA-ya tapşırıqları kim verir? – Rusiya ilə bağlı YENİ PLANLAR - VİDEO

Hazırda oxunan: Erməni terror təşkilatı VoMA-ya tapşırıqları kim verir? – Rusiya ilə bağlı YENİ PLANLAR - VİDEO

45734

Hazırda VoMA ən fəal erməni terror təşkilatdır. Yayılan məlumatlara görə, yenicə yaranmasına baxmayaraq təşkilat dünya erməni lobbisi tərəfindən böyük pullarla maliyyələşir. Erməni terror ənənəsini davam etdirmək üçün təşkilatın büdcəsinə milyonlarla pul axır. Demək olar ki, hər zaman özündə terror ənənəsini ehtiva edən təşkilat ASALA qruplaşmasının bir qolu kimi yaradılıb. Vətən müharibəsindən sonra isə qurumun aktivliyi daha da artıb.
 

MÖVZU İLƏ BAĞLI:

VoMA erməni terror təşkilatı sülhmramlılara qarşı TƏXRİBAT hazırlayır - VİDEOFAKT


Bu gün VoMA qanunsuz olaraq, açıq-aşkar müharibəyə, terrora birbaşa çağırış edir.

Hətta Ermənistan hakimiyyəti əvvəllər bu birləşməyə barmaqarası baxsa da, zaman keçdikcə insanların günü-gündən bura cəlb olunmasını gördükdə təşviş içərisinə düşüb. Lakin hazırda hakimiyyətdə təmsil olunan qüvvələr də bu işdə aciz və gücsüz qalıblar. Xarici qüvvələr tərəfindən maliyələşən təşkilat muzdlu qatillərin və terrorçuların hazırlanması ilə məşğuldur.

Təşkilatın Telegram səhifələrinə göz gəzdirdikdə, qurumun siyasi xətti aydın sezilir. Belə ki, onsuz da ağır iqtisadi durumda olan insanlar müxtəlif tədbirlər, hədiyyə və pullar vasitəsilə satın alınırlar. VoMA bununla öz nüfuzunu xalqın içərisində artırmağa başlayıb. 

Daha bir məqam isə VoMA-çıların hazırda Rusiya əleyhinə olan mövqeləridir. Qərbyönümlü qüvvələr tərəfindən idarə olunan təşkilat, əhalini Rusiyaya qarşı düşmən mövqe sərgiləməyə çağırır.

Paylaşımların birində qeyd olunur:

“Qod Nisanov hazırda Moskvada türklərin əsas lobbiçisidir. Sankt-Peterburqda azərbaycanlı Beqlov əyalətinin qubernatorluğuna öz namizədliyini irəli sürüb. Ona görə də əzizlərim, biz ancaq öz gücümüzə güvənə bilərik”.
 

Postdan da göründüyü kimi insanların həssas nöqtələrindən istifadə edən VoMA-çılar öz şəxsi maraqlarına görə, xalqdan istifadə edirlər. Bu eyni zamanda sübut edir bu terror qruplaşması Qərbdəki erməni havadarları trəfindən həm maliyyələşdirilir, həm də ideoloji tapşırıqlar alır.


Bu yaxınlarda erməni youtube kanallarının birində qonaq olan, VoMA-nın aktiv üzvlərindən biri Vladimir (Vova) Vartanovun isə veriliş zamanı işlətdiyi bir kəlməsi onların revanşist, terrorist mənşlərini gözlər önünə sərir. O, bildirib ki, Ermənistanda dinc əhalinin dinc olması şərt deyil. 

“Təlim olunmaq, silahlanmış və ekstremal vəziyyətlərə hazır olmaq lazımdır”, - deyərək xalqı təxribatlara sövq etməyə çalışıb. 

Bu gün isə terror təşkilatının telegram səhifəsində, partiya üzvlərindən biri bütün ermənilərə Azərbaycan ərazisi sayılan Xankəndinə qanunsuz olaraq keçib 3 noyabr saat 17.00-da Stepan Şaumiyanın abidəsinin yanında aksiyada iştirak etmək üçün çağırış edib.

Vüsalə Balayeva, Bizim.Media

 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO