Qarabağda ilk rabitə əlaqəsini yaradan Azercell - Video 

Qarabağda ilk rabitə əlaqəsini yaradan Azercell - Video 

Hazırda oxunan: Qarabağda ilk rabitə əlaqəsini yaradan Azercell - Video 

4570

Şuşanın azad olunduğu gündən orada ilk dəfə olaraq, mobil əlaqəni "Azercell" şirkəti yaradıb. 

Bizim.Media xəbər verir ki, Azərbaycanın işğaldan azad olunan dilbər güşəsi Şuşada Azercell şirkəti tərəfindən qurulan stansiya “Zəfər” adlanır.

“Biz Şuşaya Xankəndi tərəfdən getmədik. Bizim komanda Şuşaya əsgərlərimizin getdiyi yolla qalxdı və orada ilk mobil rabitə şəbəkəsini qurduq”,- deyə Azercell şirkətinin Şəbəkə  Texnologiya departamentinin Planlama və Optimallaşdırma Bölümünün rəhbəri Ülvi Qardaşov bildirib.

“Bir dəfə qrup müdirim mənə bir qovluq gətirdi, dedi bununla da tanış ol, bu Qarabağın planıdır. 19 il ərzində hər il biz mütləq olaraq bu qovluğu nəzərdən keçirirdik. Biz bilirdik, inanırdıq ki, o bir gün gələcək. Sentyabrın 27-si hərbi əməliyyatlar başlayandan sonra 100 işçimiz cəbhə bölgəsinə ezam olundu".

"Təsəvvür edin, biz azad olunmuş kəndin bir ucunda şəbəkəni quranda, digər tərəfində qızğın döyüşlər gedirdi. Biz topların, mərmilərin səsini eşidirdik. Lakin bizi heç nə qorxutmurdu, məqsədimiz Şanlı ordumuzu arxasınca irəliləmək idi və bu istəyimizə də nail olduq”,- deyə o, qeyd edib.

Bu barədə “Belə belə işlər” komandası maraqlı video hazırlayıb.

Videonu təqdim edirik:

Bizim.Media 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO