Şadlıq sarayında qaydalar pozuldu - Rəhbəri cəzalandırılacaq

Şadlıq sarayında qaydalar pozuldu - Rəhbəri cəzalandırılacaq

Hazırda oxunan: Şadlıq sarayında qaydalar pozuldu - Rəhbəri cəzalandırılacaq

45617

Ağcabədi rayonunun Hüsülü kəndi ərazisində fəaliyyət göstərən “Aura” şadlıq sarayında yoxlama aparılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Şadlıq saraylarında qiymətlər bahalaşdı – MONİTORİNQ


Məlumata görə, yoxlama zamanı pandemiya dövrünün tələblərinə əsasən, xidmət göstərən işçi heyətin bəzilərinin tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadə etmədiyi məlum olub.

Aşkarlanan pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO