Tələbələrin təqaüdləri artırıldı – SƏRƏNCAM

Tələbələrin təqaüdləri artırıldı – SƏRƏNCAM

Hazırda oxunan: Tələbələrin təqaüdləri artırıldı – SƏRƏNCAM

45592

Prezident İlham Əliyev “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Bizim.Media xəbər verir ki, sərəncama əsasən, “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” sərəncamda aşağıdakı dəyişikliklər edilib.

Peşə təhsili müəssisələrində akademik göstəriciləri “5” (yüksək texniki peşə təhsili səviyyəsində 91 – 100 bal) olan tələbələrə – 75 manat, qiymətləri “4” və “5” (yüksək texniki peşə təhsili səviyyəsində 71 – 100 bal) olan tələbələrə – 60 manat, qiymətləri “3” – “5” (yüksək texniki peşə təhsili səviyyəsində 51 – 100 bal) olan tələbələrə – 50 manat təqaüd ödəniləcək.


Dövlət sifarişi, dövlət hesabına və ödənişli əsaslarla təhsil almalarından asılı olmayaraq, dövlət büdcəsinin vəsaiti hesabına təqaüdlər Azərbaycan Respublikasının ali təhsil və orta ixtisas təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində əyani təhsil alan tələbələrə, ümumi orta müvəffəqiyyət göstəricisi nəzərə alınmaqla, fənlər üzrə akademik nailiyyətlərinə görə, peşə təhsili müəssisələrində əyani təhsil alan tələbələrə isə aralıq qiymətləndirmə nəticələrinə görə bu Sərəncamın Peşə təhsili müəssisələrindəki bəndləri ilə müəyyən edilmiş məbləğlər ödəniləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO