“Paşinyana İrəvanı təslim etmək əmri verilsə, həyata keçirəcəkmi?” – PARTİYA SƏDRİ

“Paşinyana İrəvanı təslim etmək əmri verilsə, həyata keçirəcəkmi?” – PARTİYA SƏDRİ

Hazırda oxunan: “Paşinyana İrəvanı təslim etmək əmri verilsə, həyata keçirəcəkmi?” – PARTİYA SƏDRİ

45567

“Bu hakimiyyət (Paşinyanın nəzərdə tutur) Şurnuxunun, Şahverdilər kəndinə gedən yolun bir hissəsini (o ərazilər Azərbaycanın əzəli torpağıdır) təslim edib. Hansı ki, indi Azərbaycanla düşmən münasibətindəyik, həlak olan övladlarımızın dəfni davam edir, hətta çoxunun cəsədi hələ də tapılmayıb”.

Bizim.Media xəbər verir ki, bu fikirləri “Zartonk” (“Oyanış”) partiyasının sədri Ara Zöhrabyan hökumət binası yaxınlığında keçirilən etiraz aksiyası zamanı deyib.

"Bu şəraitdə bizim üçün çox vacib olan strateji Qorus-Qafan yolunun təhvil verilməsini necə ifadə edəcəyimi bilmirəm. Nə vaxta qədər susacağıq. Bu vəziyyət sizin xoşunuza gəlirmi?”, deyə, o, qeyd edib.

Ara Zöhrabyan çıxışının sonunda hakimiyyətə bu sualları ünvanlayıb:

"Əgər sizə İrəvanı təslim etmək əmri verilsə, təhvil verəcəksinizmi? Nə qədər irəli getməyə hazırsınız?"

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO