Güclü külək Xaçmazın enerji təsərrüfatını iflic etdi

Güclü külək Xaçmazın enerji təsərrüfatını iflic etdi

Hazırda oxunan: Güclü külək Xaçmazın enerji təsərrüfatını iflic etdi

45516

Xaçmazda ötən gün saat 16-dan əsən güclü küləkdən sonra qırılan elektrik xətləri hələ də bərpa edilməyib.

Dünəndən rayonun 20-dən artıq yaşayış məntəqələrində - Ləcət, Qusarçay, Həbibkənd, Qalağan, Seyidli, Köhnə Xudat, Dədəli, Çinartala və digər kəndlərdə işıq yoxdur. 

Xaçmaz Fövqaladə Hallar Komissiyasının sədri Bəxtiyar Osmanov Bizim.Media-ya bildirib ki, küləyin fəsadlarının aradan qaldırılması üçün əlavə briqada köməyə gəlib, hazırda işığın bütün kəndlərdə bərpası üçün tədbirlər davam etdirilir.

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO