Ermənistanda 5 dekabrda təşkil olunan mitinqdə 16 siyasi partiyanın dəstəklədiyi müxalifətin vahid namizədi Vazgen Manukyan baş nazir Nikol Paşinyana 8 dekbra qədər vaxt verdiklərini açıqlamışdı. Bu vaxt ərzində baş nazir ya vəzifəsindən istefa verəcək, ya da baş verəcəklərin məsuliyyətini öz üzərinə götürəcək.
Gərginliyin günü-gündən artmaqda olduğu Ermənistanda növbəti təhlükəli açıqlama da keçmiş przeident Ter-Petrosyandan gəldi. Petrosyan mövcud gərginliyin həll olunmadığı təqdirdə Ermənistanın vətəndaş müharibəsinin astanasında olacağını qeyd edirdi.
Bəs doğrudanmı Ermənistanda vəziyyət müxalifətin və keçmiş prezident Ter-Petrosyanın qeyd etdiyi kimi dəhşətli ssenari üzrə irəliləyir? Düşünmürəm. Hər şeydən öncə bu gün “xalqın səsi” ekspert qrupunun təşkil etdiyi rəy sorğusun nəticələri bunu deməyə əsas verir. Rəy sorğusunda fikri alınan 1200 nəfər şəxsdən 46%-i Nikol Paşinyanın vəzifəsini davam etdirməsindən yanadır.
Müvafiq olaraq 35% korrespondent isə baş nazirin dərhal istefa verməsində həmfikirdir. Rəyi soruşulanların 40%-i müharibə dövründə hökümətin fəaliyyətini yüksək qiymətləndirib, 10%-i isə neytral mövqe tutduqlarını elan ediblər. Rəy sorğusunun nəticələri Ermənistanda Paşinyan hakimiyyətinə qarşı ciddi narazılığın olmadığını gözlər önünə qoyur.
Paşinyana qarşı narazılığın əsasında isə 16 müxalifət partiyanın birləşmiş gücü dayanır. Lakin bu güc parlamentdə 113 yerdən 85-i əlində saxlayan Paşinyanın partiyası “Mənim addımım” fraksiyası ilə rəqabət edəcək qədər deyil. Ermənistan müxalifəti 10 noyabrdan etibarən ciddi şəkildə parlamentdə üstünlüyü ələ keçirməyə çalışırdı.
Hətta “Mənim addımım” farksiyasından olan bir sıra deputatların istefası belə qüvvələr balansını müxalifətin xeyirinə dəyişməmişdi.
Digər tərəfdən ölkədə “hərbi vəziyyətin” hələ də mövcud olması və Konstitusiyaya əsasən bu vəziyyətə baş nazirin istefa etməsinə imkan vermir. Dolayısı ilə müxalifət hərbi vəziyyət səbəbi ilə, hətta səs çoxluğunu qazanmış olsa belə baş naziri istefaya göndərə bilməyəcək. Ona görə də son həftələrdə müxalifətin əsas diqqəti hərbi vəziyyətin qaldırılması idi. Lakin “Mənim addımım” farksiyası səs çoxluğundan istifadə etməklə bunun qarşısını almışdı.
İrəlidəki günlərdə müxalifətin parlament daxilindəki fəaliyyəti ciddi nəticələr verəcəyini gözləmək əbəsdir. Küçələrdə isə müxalifətin resurslarının məhdud olduğu 5 dekabr mitinqində bir daha aydın oldu. 16 siyasi partiya aksiyalara 7400 nəfəri cəlb edə biliblər.
10 noyabrdan bəri sayları 17 olan Paşinyan əleyhdarı olan partiyalar artıq 16-ya enib. Daha əvvəl Paşinyana qarşı açıq çıxış edən partilayalardan olan “Maariflənmiş Ermənistan” partiyası müxalifətin vahid namizədi Vazgen Manukyanı dəstəkləməyəcəyini bəyan edib. Müxalifətin sıralardakı tədrici seyrəlmə də Paşinyan əleyhinə reaksiyaların tədricən azalmağa doğru getdiyini göstərir.
Silahlı hücum və vətəndaş müharibəsi riski isə güc strukturlarının Paşinyana olan bağlığı nəzərə alındıqda bir az çətin görünür. Xüsusilə Milli Təhlükəsizlik Xidməti Paşniyana sadiqdir. Ordu öz neytral mövqeyini qorumağı və hakimiyyətlə münasibətləri normal saxlamağı düşünür.
Ermənistanda reallaşa biləcək ən təhlükəli sssenari “Sasna Tsrer” təşkilatının üzvlərinin 2016-cı ildə təşkil etdikləri terror hadisəsinə oxşar hücumlar ola bilər. Bunu da Daşnaksütyun və ya digər militarist qruplar icra edə bilər. Ancaq bu cür addımlar Paşinyanın hakimiyyətini sarsıtmaqdan daha çox, gücləndirməyə xidmət edəcək.
Rəvan Əliyev, Bizim.Media
- A-
- A
- A+
Region
18:50 / 07.12.2020
Müxalifət tərəfindən Paşinyana verilən vaxt sabah bitir - TƏHLİL
Hazırda oxunan: Müxalifət tərəfindən Paşinyana verilən vaxt sabah bitir - TƏHLİL
Hazırda oxunan: Müxalifət tərəfindən Paşinyana verilən vaxt sabah bitir - TƏHLİL
4550
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.