Ceyhun Bayramov erməni həmkarı ilə nəyi müzakirə edib? – Parisdə həlledici GÖRÜŞ

Ceyhun Bayramov erməni həmkarı ilə nəyi müzakirə edib? – Parisdə həlledici GÖRÜŞ

Hazırda oxunan: Ceyhun Bayramov erməni həmkarı ilə nəyi müzakirə edib? – Parisdə həlledici GÖRÜŞ

45494

10 noyabr 2021-ci il tarixində YUNESKO-nun Baş Konfransında iştirak məqsədi ilə Parisə səfəri çərçivəsində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun ATƏT-in Minsk Qrupunun həmsədrləri ABŞ-dan Endryu Şafer, Fransadan Bris Rökföy və Rusiyadan İqor Xovayev ilə, habelə həmsədrlərin iştirakı ilə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ilə görüşləri olub.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi yayıb.

Mənbə yazır ki, görüşlərdə, həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik iştirak edib.

 


Görüşlərdə bölgədə yaranmış yeni reallıqları nəzərə alaraq, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.



Nazir Ceyhun Bayramov Azərbaycanın münaqişə sonrası vəziyyətlə bağlı mövqeyini qarşı tərəfin diqqətinə çatdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO