Kişmiş yüklü maşından 622 kilo narkotik çıxdı - FOTO/VİDEO

Kişmiş yüklü maşından 622 kilo narkotik çıxdı - FOTO/VİDEO

Hazırda oxunan: Kişmiş yüklü maşından 622 kilo narkotik çıxdı - FOTO/VİDEO

45484

Dövlət Gömrük Komitəsinin Əməliyyat və İstintaq Baş İdarəsinə daxil olan məlumatlar əsasında, gömrük əməkdaşları iki fakt üzrə ümumi çəkisi 622 kiloqram 075 qram olan narkotik vasitənin gömrük nəzarətindən gizlədilərək keçirilməsi cəhdinin qarşısını alıblar.

Bizim.Media xəbər verir ki, əməliyyat məlumatına əsasında Cənub Ərazi Baş Gömrük İdarəsinin “Astara” gömrük postunda İran vətəndaşı Farangız Rahmanı Alkamı tərəfindən göndərilən, Azərbaycan  ərazisindən tranzit keçməklə Moldovaya kişmiş yükü aparan “Renault” markalı yük avtomobili saxlanılıb.

Yük avtomobilinin ətraflı yoxlanılması zamanı  yanacaq çəninin kustar üsulla metal lövhə ilə iki hissəyə bölündüyü məlum olub.
 

Baxış zamanı iki hissəyə bölünmüş yanacaq çəninin bir hissəsində qablaşdırılması ilə birlikdə çəkisi 301 kiloqram 475 qram olan narkotik vasitə - heroin aşkarlanıb.


Digər əməliyyat məlumatına əsasən isə Azərbaycan  vətəndaşının idarə etdiyi “DAF” markalı yük avtomobili Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postunda saxlanılıb.

Azərbaycandan tranzit keçməklə Moldovaya qabıqlı püstə və xurma yükü aparan həmin avtomobil rentgen qurğusundan keçirilən zaman şübhəli təsvirlər müşahidə edilib.
 

Baxış zamanı bu avtomobilin yanacaq çəninin də metal lövhə ilə iki hissəyə bölündüyü, bir hissədə dizel yanacağı, digər hissədə isə qablaşdırılması ilə birlikdə çəkisi 320 kiloqram 600 qram olan narkotik vasitə - heroin aşkar edilib.


Hər iki faktla bağlı araşdırma aparılır.

Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO