Xəbər verdiyimiz kimi, Ermənistan tərəfi Ermənistan-Azərbaycan dövlət sərhədinin Laçın rayonu sahəsində növbəti dəfə təxribat törətməyə cəhd göstərib.
Bizim.Media xəbər verir ki, ordumuzun gördüyü tədbirlər nəticəsində 60-a yaxın erməni hərbçisi mühasirəyə alınıb, onların bütün hərəkətləri məhdudlaşdırılıb və səhər saatlarında Rusiya tərəfinin xahişini nəzərə alaraq, Azərbaycan hərbçiləri onların geri dönməsinə şərait yaradıb.
MÖVZU İLƏ BAĞLI:
60-a yaxın erməni hərbçi Laçında mühasirəyə alınıb - Müdafiə Nazirliyi TƏSDİQLƏDİ
Ermənistan tərəfinin növbəti hərbi təxribatı iflasa uğrayıb. Qeyd edək ki, sosial mediada mühasirəyə düşən erməni əsgərlərin görüntüləri yayılıb.
Bizim.Media