Şuşada əsas küçələrin birinə Atatürkün adı verildi - VİDEO

Şuşada əsas küçələrin birinə Atatürkün adı verildi - VİDEO

Hazırda oxunan: Şuşada əsas küçələrin birinə Atatürkün adı verildi - VİDEO

45414

Şuşada küçələrdən birinə Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün adı verilib.

Bizim.Media xəbər verir ki, bu barədə Şuşa Dövlət Qoruğu İdarəsinin mətbuat xidmətinin rəhbəri Zaur Həsənov qeyd edib.

O, Facebook sosial şəbəkə hesabında video paylaşaraq Azərbaycan və Türkiyə bayraqlarının görüntüsünü  izləyiciləri ilə bölüşüb.

“Hal-hazırda Şuşa şəhərində dalğanan Azərbaycan və Türkiyə bayraqları Atatürk küçəsinə baxır! 10 noyabr Türkiyə Cümhuriyyətinin qurucusu, Qazi Mustafa Kamal Atatürkün anım günüdür. Dahi Atatürkü dərin hörmət və ehtiramla yad edirik”,- deyə o, paylaşımını şərh edib. 

Xatırladaq ki, bu gün müsair Türkiyə Cümhuriyyətinin qurucusu Böyük Atatürkün anım günüdür, onun ölümündən 83 il keçir.

Bizim.Media



 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO