Gələn il sosial sığorta haqlarında çox böyük artım gözlənilir – Sahil Babayev

Gələn il sosial sığorta haqlarında çox böyük artım gözlənilir – Sahil Babayev

Hazırda oxunan: Gələn il sosial sığorta haqlarında çox böyük artım gözlənilir – Sahil Babayev

45394

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun büdcə layihələrindən danışıb.

Qeyd edək ki, həmin sənədlər “İcmal büdcənin tərkib hissəsi kimi Milli Məclisə təqdim olunub.

Nazir bildirib ki, məcburi dövlət sosial sığorta haqları üzrə növbəti ildə çox böyük artım gözlənilir:

“Bunun həcmi 18 % qədərdir. Bundan irəli gələrək dövlət öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsait azaldılır. DSMF-nin büdcəsinin 80-%-i sosial sığorta haqlarının yığımı hesabına formalaşacaq. Sosial sığorta haqlarının artmasında İqtisadiyyat Nazirliyi, vergi orqanları və digər bizim qurumlarımızın əlaqələndirilmiş işinin çox ciddi payı olub".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO