Gürcüstanın Penitensiar Xidməti Saakaşvili ilə bağlı yeni video yayıb.
Bizim.Media “Sputnik Georgia” nəşrinə istinadən xəbər verir ki, görüntülərdə sabiq prezident Mixeil Saakaşvili həbsxana xəstəxanasına köçürülməzdən əvvəl Rustavi həbsxanasında əşyalarını toplayır.
MÖVZU İLƏ BAĞLI:
Ukrayna Gürcüstana nota verdi - Saakaşvili ilə bağlı tələb
“Böyük ictimai marağa görə, məhbus Mixeil Saakaşvilinin 12-ci cəzaçəkmə müəssisəsini tərk etməsini əks etdirən kadrları dərc edirik. Onun həbsxananı tərk etmək istəmədiyi açıq-aydın görünür”, deyə mesajda bildirilir.
Dövlət müdafiəçisi Nino Lomjaria isə öz növbəsində eks-prezidentlə görüşdən sonra vurğulayıb ki, Saakaşvili mütləq mülki klinikaya köçürüləcək. Hansı ki, onun vəkilləri də təkidlə bunu ondan xahiş ediblər.
Bizim.Media