Zəfər Gününə həsr edilən tennis turniri keçirildi - FOTO

Zəfər Gününə həsr edilən tennis turniri keçirildi - FOTO

Hazırda oxunan: Zəfər Gününə həsr edilən tennis turniri keçirildi - FOTO

45216

Bakı Tennis Akademiyasında 8 Noyabr - Zəfər Gününə həsr edilən tennis turniri keçirilib.

Bizim.Media xəbər verir ki, Azərbaycan Tennis Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışlar komanda formatında olub.

Əvvəlcə tək, sonra qoşa, ardınca qarışıq oyunlar keçirilib. Turnirdə 4 komanda iştirak edib.

Püşkatmadan sonra olimpiya sistemi ilə yarımfinal, daha sonra final matçları olub. Həlledici görüşdə İlham Baxşəliyev, İmran Abdullayev və Umayra Həşimovadan ibarət komanda 3:0 hesabı ilə qalib gələrək çempion olub.

Yekunda Azərbaycan Tennis Federasiyası və Bakı Tennis Akademiyasının nümayəndələri qalibləri kubok, medal və hədiyyələrlə mükafatlandırıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO