Boks millimiz Azərbaycana qayıtdı

Boks millimiz Azərbaycana qayıtdı

Hazırda oxunan: Boks millimiz Azərbaycana qayıtdı

45199

Serbiyanın paytaxtı Belqradda təşkil olunan dünya çempionatında 1 qızıl və 2 bürünc medal qazanan Azərbaycan yığması Bakıya qayıdıb.

Bizim.Media xəbər verir ki, boksçularımızı Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycan Boks Federasiyasının əməkdaşları, idman ictimaiyyətinin nümayəndələri, idmançıların yaxınları və bokssevərlər qarşılayıblar.

Onlar mükafatçılarımız üçün müxtəlif xoş şüarlar səsləndiriblər.

Azərbaycan millisi dünya çempionatını 1 qızıl, 2 bürünc medalla başa vurub. Alfonso Dominges (86 kq) qızıl, Sərxan Əliyev (71 kq) və Məhəmməd Abdullayev isə (+92 kq) bürünc medal qazanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO