Sevil Əliyevadan Zəfər günü ilə bağlı təsirli paylaşım - VİDEO

Sevil Əliyevadan Zəfər günü ilə bağlı təsirli paylaşım - VİDEO

Hazırda oxunan: Sevil Əliyevadan Zəfər günü ilə bağlı təsirli paylaşım - VİDEO

45152

Azərbaycan Prezidenti İlham Əliyevin bacısı Sevil Əliyeva 8 noyabr Zəfər günü münasibətilə Tvitter hesabında paylaşım edib.

Bizim.Media xəbər verir ki, o, atası Ümummilli lider Heydər Əliyevin Qarabağ torpağı haqqında olan çıxışlarından birini izləyiciləri ilə bölüşüb.

Videogörüntüdə ermənilərin Qarabağ torpaqlarının işğalından danışan Ulu Öndər bunun müvəqqəti olduğuna inandığını bildirir:
 

MÖVZU İLƏ BAĞLI:

Sevil Əliyeva: “Qardaşıma sonsuz minnətdaram”


“Torpaq həqiqətən anadır. Torpaq ən əziz anlayışdır. Torpaqlarımzın 20%-i işğal altındadır. Bu bizim ürəyimizdə olan yaradır. O işğal altında olan torpaqlar bizim üçün daha da əzizdir, çünki onlar erməni silahlı qüvvələrinin əlaltındadır. O bizim üçün böyük dərddir, yaradır. Bu müvəqqəti haldır, bizim o torpaqlarımız işğaldan azad olunacaq”.

Videoçarxın sonunda isə Prezident İlham Əliyevin Zəfər yolunun açılışı zamanı çəkilən görüntüləri və Şuşanın azad olunması haqqında etdiyi çıxışı yer alıb.

Sözügedən görüntünü təqdim edirik:

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO