ABŞ Əfqanıstana yardım etməyəcək - SƏBƏB

ABŞ Əfqanıstana yardım etməyəcək - SƏBƏB

Hazırda oxunan: ABŞ Əfqanıstana yardım etməyəcək - SƏBƏB

45073

ABŞ hakimiyyəti Əfqanıstanda hakimiyyəti ələ keçirən radikal “Taliban” hərəkatı vasitəsilə birbaşa olaraq bu ölkəyə yardım göndərmək niyyətində deyil.

Bizim.Media xəbər verir ki, bunu “CNN” telekanalına müsahibəsində ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib.

Onun sözlərinə görə, hazırda ABŞ Əfqanıstana humanitar yardım göstərən ən böyük donordur:

“Təkcə bu il biz beynəlxalq və qeyri-hökumət təşkilatları vasitəsilə yarım milyard dollara yaxın maliyyə vəsaiti ayırmışıq. Biz hələ ki, Əfqanıstanın hazırkı rəhbərliyinə (“Taliban”) birbaşa pul təmin etmək iqtidarında deyilik. İnklüziv hökumətdən tutmuş onlarla müntəzəm müzakirə etdiyimiz digər elementlərə qədər hər şeyə yanaşmada əhəmiyyətli təkmilləşməni görənə qədər diqqətimizi beynəlxalq və qeyri-hökumət təşkilatları vasitəsilə maliyyələşdirməyə yönəltməkdə davam edəcəyik”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO