Bu gün Azərbaycanın son 9 cüdoçusu Bakıda keçirilən Böyük Dəbilqədə mübarizəyə qoşulacaq.
Bizim.Media xəbər verir ki, üçüncü - sonuncu yarış günündə 90 kq, 100 kq və 100-dən yuxarı çəki dərəcəsində kişi idmançılar, 78 kq və 78-dən yaxarı çəkidə isə qadınlar qüvvəsini sınayacaq.
Azərbaycan millisi 78 kq və +78 kq-da təmsil olunmur.
İndiyədək Orxan Səfərov (66 kq) qızıl, İçinxorlu Muntsxedev (57 kq) gümüş, Rövşən Əliyev (60 kq), Hidayət Heydərov və Elcan Hacıyev bürünc medal qazanıblar.
Kişilər
90 kq
1/16 final. Rüfət İsmayılov - Jamal Petqrave (Böyük Britaniya)
1/8 final. Vüqar Talıbov - Nemanya Maydov (Serbiya)
1/8 final. Məmmədəli Mehdiyev - Tengiz Batsayxan (Monqolustan) / Con Jayne (ABŞ) cütünün qalibi
100 kq
1/8 final. Adil Kərimli - Yan Rayder (Kanada)
1/8 final. Kənan Abdullaxanlı - Onise Seneblidze (Gürcüstan)
1/8 final. Ruslan Nəsirli - Zlatko Kumriç (Xorvatiya)
+100 kq
1/8 final. Hüseyn Məmmədov - Tyaqo Palmini (Braziliya)
1/4 final. Uşangi Kokauri - Camal Feyziyev / Tatsuru Sayto (Yaponiya) cütünün qalibi
Qeyd edək ki, Heydər Əliyev adına İdman Kompleksində təşkil olunan Böyük Dəbilqənın bağlanış mərasimi saat 17:00-da başlayacaq.
Bizim.Media
- A-
- A
- A+
İdman
10:03 / 07.11.2021
Azərbaycanın son 9 cüdoçusu Böyük Dəbilqədə qüvvəsini sınayacaq
Hazırda oxunan: Azərbaycanın son 9 cüdoçusu Böyük Dəbilqədə qüvvəsini sınayacaq
Hazırda oxunan: Azərbaycanın son 9 cüdoçusu Böyük Dəbilqədə qüvvəsini sınayacaq
44980
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.