Xüsusi Təyinatlı Qüvvələrdə Zəfər Günü qeyd olundu – FOTO/VİDEO

Xüsusi Təyinatlı Qüvvələrdə Zəfər Günü qeyd olundu – FOTO/VİDEO

Hazırda oxunan: Xüsusi Təyinatlı Qüvvələrdə Zəfər Günü qeyd olundu – FOTO/VİDEO

44978

Zəfər Günü münasibətilə Xüsusi Təyinatlı Qüvvələrdə veteranlar və Vətən müharibəsində şəhid olmuş qəhrəmanların ailələri ilə görüş keçirilib.

Bizim.Media Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyev və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət himni səsləndirilib.

Mərasim iştirakçıları hərbi hissənin ərazisində ucaldılmış ulu öndər Heydər Əliyevin büstü və Xüsusi Təyinatlı Qüvvələrin xatirə abidəsi qarşısına gül dəstələri qoyublar.

Tədbirdə "Zəfər Günü" münasibəti ilə hazırlanan tort kəsilib, veteranlara və şəhid övladlarına müxtəlif hədiyyələr təqdim olunub.

Balacalara müasir atıcı silahlar nümayiş etdirilib, onları maraqlandıran suallar cavablandırılıb.

Muğam ifaçısı Kənan Bayramov qəhrəmanlığı və vətənpərvərliyi tərənnüm edən musiqilər səsləndirib.

Sonda qonaqlar şəxsi heyətlə birgə çay süfrəsində söhbət ediblər.

Bizim.Media
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO