“Barselona” 3 qolla öndə olduğu matçda xal itirdi - VİDEO

“Barselona” 3 qolla öndə olduğu matçda xal itirdi - VİDEO

Hazırda oxunan: “Barselona” 3 qolla öndə olduğu matçda xal itirdi - VİDEO

44954

Futbol üzrə İspaniya çempionatının 13-cü turunda səfərdə "Selta" ilə qarşılaşan "Barselona" 3:3 hesablı heç-heçə edib.

Bizim.Media xəbər verir ki, kataloniyalıların heyətində qolları Ansu Fati (5-ci dəqiqə), Serxio Buskets (18) və Memfis Depay (34) vurub.

Heç-heçəni "Selta"ya İaqo Aspas (52, 90+6) və Nolitonun (74) qolları gətirdi.

"Barselona" ardıcıl dörd oyundur (iki heç-heçə, iki məğlubiyyət) İspaniya çempionatının qalib gələ bilmir və 12 matçda 17 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. Daha əvvəl klubun yeni baş məşqçisinin "Barselonanın" keçmiş oyunçusu Xavi olacağı açıqlanıb. O, oktyabrın 28-də istefaya göndərilən Ronald Kumanı əvəz edəcək.

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO