Roza efirdən Elzaya xəbərdarlıq etdi: “Başına dərd açma

Roza efirdən Elzaya xəbərdarlıq etdi: “Başına dərd açma" - VİDEO

Hazırda oxunan: Roza efirdən Elzaya xəbərdarlıq etdi: “Başına dərd açma" - VİDEO

44870

Müğənni Roza Zərgərli küsülü olduğu Əməkdar artist Elza Seyidcahana barışıq addımı atıb.

Bizim.Media xəbər verir ki, sənətçi bu haqda "Tam vaxtıdır" verilişində danışıb. 

O bildirib ki, məclislərdən birində Elzaya salam versə də qarşı tərəf onu “tanımayıb”:
 

"Elza Seyidcahanla qalmaqalımız var. Verilişimdə ona jest etdim, dedim aramızdakılar bitsin. Bir məclisdə onunla görüşdük. Gəldi bizim stolda oturdu. Dedim ki, xoş gördük. Baxdı, başını yellədi. Qaranlıq idi, dedim yəqin tanımadı.


Bir də "salam" verdim. Dönüb masada oturan başqasına dedi ki, bu kimdir, onu tanımıram? Qızım, başına dərd açırsan. Keçən dəfə dediklərim azlıq edib sənə".

Sözügedən görüntüləri təqdim edirik:

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO