Qazax sakinində silah aşkarlandı - FOTO

Qazax sakinində silah aşkarlandı - FOTO

Hazırda oxunan: Qazax sakinində silah aşkarlandı - FOTO

44855

Qazax rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, polis əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən, rayon sakini, Tural Yaqubov rayon ərazisində saxlanılaraq Polis Şöbəsinə gətirilib.
 

MÖVZU İLƏ BAĞLI:

Bərdədə silahlı insident, saxlanılan var


Onun üzərinə axtarış keçirilən zaman əlindəki torbadan 1 ədəd, atəşə yararlı, lüləsi kəsilmiş “Karabin” markalı tüfəng və 14 ədəd patron götürülüb.

Götürülən maddi sübutlar ekspertizaya göndərilib, faktla bağlı araşdırmalar davam etdirilir.

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO