Hindistanın Andhra Pradeş əyalətinin Eluru şəhərində bazar günü başlayan naməlum bir xəstəliyin nəticəsində bir nəfər ölüb və 350-dən çox adam xəstəxanaya yerləşdirilib.
Bizim.Media xəbər verir ki, bu barədə Hindistan televiziyası məlumat yayıb.
Bildirilib ki, xəstələr başgicəllənmə və epilepsiya şikayətləri ilə xəstəxanaya aparılıb. Onlar qəflətən huşunu itirmə, ağızda köpüklənmə və titrəmə simptomlarından da şikayət ediblər.
Həkimlər qan testləri və beynin tomoqrafiyasını aparsalar da, ani xəstəliyin səbəbini hələ müəyyənləşdirə bilməyiblər.
Xəstələrdə beyin-onurğa mayesi analizi də normal olub. Ehtimal olunur ki, səbəb bakterialoji analizin nəticələrindən sonra aşkar edilə bilər.
Həkimlərin sözlərinə görə, təxminən 160 nəfər müalicə altındadır, 180-dən çoxu isə evə buraxılıb:
"Xəstələrin çoxu sağalıb, qalanların vəziyyəti stabildir. Vijayavadadakı mərkəzi dövlət xəstəxanasında xəstələrin köçürülməsi üçün 50 çarpayı hazırlanıb”- deyə Hindistan Səhiyyə nazirinin müavini A. Srinivas qeyd edib.
Xəstəliyin səbəbini müəyyənləşdirmək üçün şəhərə Milli Qidalanma İnstitutu, Kimya Texnologiyaları İnstitutu və Bütün Hindistan Tibb Elmləri İnstitutundan həkimlər qrupu göndərilib.
Xəstəliklə bağlı Baş nazirinin yerli məmurlarla görüşü planlaşdırlır.
Bizim.Media

- A-
- A
- A+
Dünya
10:00 / 07.12.2020
Hindistanda naməlum xəstəlik 350-dən çox adama yoluxdu
Hazırda oxunan: Hindistanda naməlum xəstəlik 350-dən çox adama yoluxdu
Hazırda oxunan: Hindistanda naməlum xəstəlik 350-dən çox adama yoluxdu
4485
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.