“Barselona” yeni baş məşqçisinin adını açıqladı - RƏSMİ

“Barselona” yeni baş məşqçisinin adını açıqladı - RƏSMİ

Hazırda oxunan: “Barselona” yeni baş məşqçisinin adını açıqladı - RƏSMİ

44847

İspaniyalı mütəxəssis Xavi "Barselona" klubunun baş məşqçisi təyin olunub.

Bizim.Media xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.

Kataloniya təmsilçisi 41 yaşlı mütəxəssislə 2024-cü ilin yayınadək müqavilə imzalayıb.

Qeyd edək ki, "Barselona"nın sabiq baş məşqçisi Ronald Kuman "Rayo Valyekano"ya 0:1 hesabı ilə uduzduqları XI tur oyunundan sonra istefa verib. Kataloniyalıların yetirməsi olan Xavi 1997 - 2015-ci illərdə əsas komandanın formasını geyinib.

2015 - 2019-cu illərdə Qətərin "Əl-Sədd" klubunda oynayan keçmiş yarımmüdafiəçi, 2019-cu ildə baş məşqçi təyin olunub. Onun "Əl Sədd"lə 2023-cü ilədək müqaviləsi var idi.

Dünən "Əl Sədd" rəhbərliyi Xavi Ernandesin təzminat qarşılığında "Barselona"ya keçidinə razılıq verildiyini açıqlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO