"Koronavirus daim mutasiya uğrayır. Delta, delta plus və müxtəlif ştamları aşkarlanır. Bu daimi prosesdir. Bundan qorxmaq lazım deyil".
Bizim.Media xəbər verir ki, bunu səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin səlahiyyətlərini icra edən Teymur Musayev deyib.
O vurğulayıb ki, pandemiya hələ bitməyib:
"Sosial məsafəni gözləyib, maska taxmağa davam etməliyik. Vaksinasiya ilə yanaşı epidemioloji tədbirlərin aparılması məcburidir. Yalnız hər iki istiqamətdə aparılan tədbirlər effekt verir. Xəstəxanalara qəbul azalanda insanlar özünü arxayın aparır və qaydalara riayət etmir. Nəticədə yoluxma artır".
Bizim.Media