Avropanın bu ölkəsi ilkə imza atdı: sərhəddə polad hasar çəkir - SƏBƏB

Avropanın bu ölkəsi ilkə imza atdı: sərhəddə polad hasar çəkir - SƏBƏB

Hazırda oxunan: Avropanın bu ölkəsi ilkə imza atdı: sərhəddə polad hasar çəkir - SƏBƏB

44713

Litva Belarusla sərhəddə polad hasarın ilk hissələrini inşa edib.

Bizim.Media Reuters agentliyinə istinadən xəbər verir ki, məqsəd Yaxın Şərqdən və digər regionlardan miqrantların Belarusdan bu ölkəyə gəlişinin qarşısını almaqdır.

Avropa İttifaqı hesab edir ki, Belarus miqrantları qəsdən öz ərazisindən Aİ ölkələrinə, Polşa, Litva və Latviyaya keçməyə sövq edir.
 

Ancaq rəsmi Minsk bunu dəfələrlə təkzib edib. Prezident Aleksandr Lukaşenko isə bildirib ki, ölkənin Aİ sanksiyalarından resursları tükənib, bu baxımdan miqrantları dayandırmayacaq.


Polşa, Litva və Latviya miqrantların qarşısını almaq üçün sərhəddə tikanlı məftillər çəkib. Keçən həftə Litva 0,6 metrlik tikanlı məftillə örtülmüş 3,4 metr hündürlüyündə polad hasarın ilk hissələrinin tikintisinə başlayıb. 
 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO