DSX-nin hərbi qulluqçusu təlim zamanı öldü – RƏSMİ AÇIQLAMA

DSX-nin hərbi qulluqçusu təlim zamanı öldü – RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: DSX-nin hərbi qulluqçusu təlim zamanı öldü – RƏSMİ AÇIQLAMA

0:00
0:00
44681

Noyabr ayının 4-də saat 17:20 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində keçirilən səhra təlimləri zamanı müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Əhmədov Tural Əkrəm oğlu AQS-17 silahından atəş açarkən bədbəxt hadisə nəticəsində qəlpə yarası alıb.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin və Baş Prokurorluq  birgə məlumat yayıb.

Məlumata görə, hərbi qulluqçunun təxliyəsi üzrə dərhal tədbirlər görülsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə əlaqədar Dövlət Sərhəd Xidməti və Baş Prokurorluq tərəfindən birgə araşdırma tədbirləri həyata keçirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO