Bakıda 9-cu sinif şagirdinin intiharı ilə bağlı ilginc məlumatlar üzə çıxıb.
Bizim.Media-nın əldə etdiyi məlumata görə 14 yaşlı məktəbli qız canına qıydığı gün dərsə getməyib. Amma həmin gün şagirdin dərsdə olduğu qeyd olunub.
Məsələ ilə bağlı Abşeron Rayon Təhsil Şöbəsinin mətbuat katibi Aysel Tahirova Bizim.Media-ya açıqlamasında məktəblinin həqiqətən də intihar etdiyi gün dərsdə olmadığını təsdiqləyib.
MÖVZU İLƏ BAĞLI:
Bakıda 15 yaşlı qız özünü binadan atdı
Qurum rəsmisi qızın adını da açıqlayıb:
“İntihar edən məktəblimiz Qumru Nəsirovadır. İntiharının səbəbini biz də bilmirik. Hadisə 16:00 radələrində, yəni dərsdən sonra baş verib. Məktəbdə hər hansı problemi olmayıb. Hər kəs bu hadisədən şok içindədir”, - deyə o, bildirib.
Xatırladaq ki, intihar olayı Masazır qəsəbəsi Qurtuluş 93 yaşayış kompleksində qeydə alınıb. Xırdalan şəhəri, 10 saylı tam orta məktəbin 9-cu sinif şagirdi yaşadığı evdən özünü ataraq intihar edib.
Faktla bağlı araşdırma aparılır.
Alçina Amilqızı, Bizim.Media