Hüquq müdafiəçisi saxlanılan “nurçu

Hüquq müdafiəçisi saxlanılan “nurçu"larla görüşüb

Hazırda oxunan: Hüquq müdafiəçisi saxlanılan “nurçu"larla görüşüb

44634
şgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov və müavini Elçin Şirinov Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq təcridxanasında monitorinq keçiriblər.

Bu barədə APA-ya məlumat verən E. Behbudov bildirib ki, orada saxlanılan Daxili İşlər Nazirliyinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovun vəziyyəti ilə maraqlanıb: “Mənə bildirdilər ki, Hacı Məmmədovun vəziyyəti yaxşıdır. Hər hansı problemi yoxdur. “Bizim yol” qəzetinin əməkdaşı Pərviz Həşimli ilə görüşmək isə mümkün olmadı. Çünki məhkəməyə aparmışdılar ”.
 
E. Behbudov təcridxanada saxlanılan Qəbələ rayon sakini, 1989-cu il təvəllüdlü Əhməd Həsənovla görüşdüyünü də bildirib: “O, qanunsuz yolla Suriyaya gedib. Orada döyüşlərdə iştirak edib. 7 aydan sonra Azərbaycana qayıdanda həbs edilib. Saxlanma şəraitindən və ona qarşı münasibətdən şikayəti yoxdur. Tutduğu əmələ görə peşman olduğunu bildirdi. Suriyaya gedənlərə isə məsləhət gördü ki, oraya getməsinlər”.
 
E. Behbudov təcridxanada saxlanılan Quba rayon sakini Eldəniz Hacıyevlə də görüşüb: “Onun evində axtarış aparıblar. Məlum olub ki, “nurçuluq” cərəyanına qoşulub. O isə özünü təqsirli bilmir. Eldəniz Hacıyev bildirib ki, 30-40 nəfəri başına yığıb, Qurani-Kərimi tədqiq edib, araşdırıblar. Saxlanma şəraitindən və ona qarşı münasibətdən şikayəti olmadı”.
 
E. Behbudov narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda təqsirləndirilən Ehtiram Əliyevlə də görüşüb: “Onun da hər hansı şikayəti olmadı”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO