Bakıda toz dumanı müşahidə olunur - VİDEO

Bakıda toz dumanı müşahidə olunur - VİDEO

Hazırda oxunan: Bakıda toz dumanı müşahidə olunur - VİDEO

44619

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə Bakı və Abşeron yarımadasında şimal-şərq istiqamətli hava kütlələri vasitəsilə ölkəmizə daxil olan toz-dumanı müşahidə olunur.

Hazırda Bakı və Abşeronda havada tozun miqdarı normadan 2.5 dəfə çoxdur.

Bizim.Media xəbər verir ki, bunu Xidmətin əməkdaşı Gülnarə Abbasova bildirib.

“Peyk görüntülərinə əsasən demək olar ki, havada müşahidə olunan toz hissəcikləri transsərhəd xarakter daşıyır”.

G.Abbasovanın sözlərinə görə, belə tozlu havanın meteoroloji şəraitdən asılı olaraq yaxın iki gün ərzində davam edəcəyi proqnozlaşdırılır.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO