\

\"Türkiyə bundan sonra da Azərbaycanın yanında olacaq\" - Binəli Yıldırım 

Hazırda oxunan: \"Türkiyə bundan sonra da Azərbaycanın yanında olacaq\" - Binəli Yıldırım 

44565

"Dörd gün sonra Qarabağ Zəfərini qeyd edəcəyik. 44 gün davam edən Vətən müharibəsində işğal altında olan Azərbaycan torpaqları bərpa edilib". 

Bizim.Media-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Türkiyənin keçmiş Baş naziri Binəli Yıldırım deyib. 

O bildirib ki, Türkiyə hər zaman qardaş Azərbaycanın yanında olub və bundan sonra da yanında olacaq. 
 

MÖVZU İLƏ BAĞLI:

Binəli Yıldırım İlham Əliyevi təbrik etdi


"Azərbaycana - qardaş ölkəyə gəlmişik. Bir millət, iki dövlət olaraq qiymətləndirdiyimiz gözəl, can Azərbaycanda bu gün sayca 8-ci olan Qlobal Bakı Forumu keçirilir. Əvvəllər bu forumlardan birində iştirak etmişəm.

Budəfəki forumda koronavirus pandemiyasından sonrakı dövrdə formalaşacaq yeni dünya düzənində regional və beynəlxalq məsələlərin inkişafı geniş müzakirə olunacaq. Bu gün dünyanın hər bir yerindən bu foruma gələnlər var. Forumun çox böyük əhəmiyyəti var və Azərbaycanı bu tədbirə ev sahibliyi etdiyinə görə təbrik edirəm", - o söyləyib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO