"Azərbaycanda fəaliyyət göstərən məktəblərdə koronavirusla əlaqədar kritik vəziyyət yoxdur. Ona görə də bu gün məktəblərin ümumilikdə distant tədrisə keçidi gündəmdə deyil".
Bizim.Media xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdir əvəzi Orxan Abbasov yerli mətbuata verdiyi açiqlamada bildirib.
MÖVZU İLƏ BAĞLI:
Məktəblərdə dərslər tam dayanacaq? - RƏSMİ CAVAB - VİDEO
Onun sözlərinə görə, əgər məktəblərin bağlanması barədə hər hansı qərar olsa, bu barədə ictimaiyyətə əvvəldən məlumat veriləcək: "Bu günə olan məlumatlar vəziyyətin gərgin olduğunu göstərmir".
Bizim.Media