“Qorus-Qafan yolundan imtina etməyəcəyik” – Erməni nazir iddialı danışdı

“Qorus-Qafan yolundan imtina etməyəcəyik” – Erməni nazir iddialı danışdı

Hazırda oxunan: “Qorus-Qafan yolundan imtina etməyəcəyik” – Erməni nazir iddialı danışdı

44474

Ermənistanın Ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan təxminən 20 gün əvvəl Zəngəzurun Qafan şəhərinə gedib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı nazir parlamentdə jurnalistlərə müsahibəsində deyib.

“Əvvəlcə Tatev-Ağvani yolu ilə Qafana getdim, çünki bu yolun vəziyyətini görməli idim, oradan isə Qorus-Qafan magistral yolu ilə qayıtdım”, deyə o, qeyd edib.


Sanosyan Şurnuxu icmasına da baş çəkdiyini vurğulayıb.



Jurnalistlərin bu yolun təhlükəsiz olub-olmaması ilə bağlı sualına cavab olaraq nazir deyib: “Yolda müəyyən problemlər var, amma hesab edirəm ki, real təhlükə yoxdur”.

“Qorus-Qafan yolunun aqibəti necə olacaq, bu yol düşmən tapdağına keçə bilərmi?” sualına nazir belə cavab verib: “Biz bu yoldan əl çəkməyəcəyik, iki hissəni çıxmaq şərti ilə bizim yolumuzdur. Bu proses özünü delimitasiya və demarkasiya zamanı göstərəcək”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO