Azərbaycanın hansı ölkələrlə sərhəd problemi var? – Bu təkcə Ermənistan deyil - SİYAHI

Azərbaycanın hansı ölkələrlə sərhəd problemi var? – Bu təkcə Ermənistan deyil - SİYAHI

Hazırda oxunan: Azərbaycanın hansı ölkələrlə sərhəd problemi var? – Bu təkcə Ermənistan deyil - SİYAHI

44472

II Qarabağ savaşından sonra sərhədlərin delimitasiya və demarkasiya prosesi Azərbaycan gündəminə qayıdıb və əsas müzakirə mövzusuna çevrilib. Hətta mövzu o qədər qabarıb ki, digər ölkələrlə olan delimitasiya-demarkasiya problemləri yada düşmür.

Bizim.Media xəbər verir ki, Vətən Müharibəsindən qabaq Azərbaycan Gürcüstanla da sərhəd mübahisəsi yaşayıb. 

Lakin hazırda demarkasiya dəqiqləşdirmələri aparılan yeganə dövlət Gürcüstan deyil:

1. Keşikçidağ (gürcülər David Qareci adlandırır):

2019-cu ildəki insident hər kəsin yadında deyilsə, xatırladaq ki, sıravi gürcülər Azərbaycan sərhədçilərinə hücum etmişdilər. Yayılan videolarda silahlı gürcü sərhədçisinin də ərazidə olduğu, amma qanun pozuntusuna müdaxilə etmədiyi sezilib.
 

Yəni, Gürcüstan sərhədçiləri həmyerlilərinin sərhədi qanunsuz pozmasına imkan verməklə yanaşı, Azərbaycan sərhədçilərinə qarşı özbaşınalıq etməsinə də şərait yaradıblar. Sonradan məlum olub ki, həmin gürcülər ermənilər tərəfindən qızışdırılmış və maliyyələşmiş təxribatçı qrupdur.


Azərbaycan sərhədçisinin təmkini sayəsində insident Tbilisi və Bakı arasında siyasi qalmaqala çevrilmədi. Çünki məqsəd Gürcüstan-Azərbaycan münasibətlərini korlamaq və Bakı-Tbilisi-Ceyhan və Qars layihələrini məhdudlaşdırmaq olub. Amma “erməni hiyləsi” baş tutmayıb. Bu səbəbdən İrəvan həmin hadisələrdən bir il sonra Tovuza hücum etmək və Azərbaycandan Gürcüstana istiqamətlənən boru kəmərlərini hədəfə almaq istədi. Lakin daşnak məkiri yenə öz qara niyyətlərinin içində boğulub.
 

MÖVZU İLƏ BAĞLI:

“Sərhədlərin delimitasiyası və demarkasiyası zəruri və qaçılmazdır” – Erməni nazir


2. 2021-ci il 27-28 oktyabr tarixlərində Rusiyanın Pyatiqorsk şəhərində Azərbaycan-Rusiya birgə demarkasiya komissiyasının onuncu iclası keçirilib.

İclasda Azərbaycan və Rusiya arasında dövlət sərhədinin demarkasiyası prosesinin davam etdirilməsi ilə bağlı məsələlər müzakirə edilib, habelə tərəflər, Azərbaycan-Rusiya birgə demarkasiya komissiyasının 2021-ci il üzrə iş planının tam yerinə yetirildiyini bəyan ediblər.

Görüş açıq dialoq və qarşılıqlı anlaşma ruhunda keçib. Komissiyanın növbəti iclasının Azərbaycanda keçirilməsi planlaşdırılır. Görüşün tarixləri diplomatik kanallar vasitəsilə razılaşdırılacaq. “Azərbaycan-Rusiya Birgə Demarkasiya Komissiyası haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Prezidentin təsdiq etdiyi qanun da mövcuddur. Qanunda komissiyanın demarkasiyanı həyata keçirtmək üçün yaradıldığı bildirilir.

Komissiya aerofotoçəkiliş, geodeziya və kartoqrafiya işlərinin təşkilini və onların həyata keçirilməsinə nəzarəti, müqavilədə qeyd edilmiş başlanğıc nöqtəsindən son nöqtəsinədək Azərbaycan ilə Rusiya arasında dövlət sərhədinin keçməsinin ərazidə qeyd edilməsi üzrə işlərin həyata keçirilməsini, həmçinin demarkasiyanın (bundan sonra-demarkasiya işləri) həyata keçirilməsi ilə bağlı digər işlərin yerinə yetirilməsini təşkil edir.

Yerlərdə dövlət sərhəd xəttinin sərhəd nişanlan ilə qeyd edilməsi Azərbaycan - Rusiya dövlət sərhədinin qorunmasının əlverişli şəkildə təşkili, ərazi xüsusiyyətləri, eləcə də sərhədyanı ərazidə yaşayan əhalinin təsərrüfat-iqtisadi və humanitar maraqları nəzərə alınmaqla həyata keçirilir.


Bu Əsasnamənin 5-ci maddəsi ilə müəyyən edilmiş Azərbaycan və Rusiya arasında dövlət sərhədinin xəritəsinin yaradılması (bundan sonra - demarkasiya xəritəsi) məqsədi ilə demarkasiya işlərinin həyata keçirilməsi prosesində qarşılıqlı əsasda müvafiq kartoqrafiya və aerofotoçəkiliş materialları, ümumi geodeziya əsaslandırması məntəqələrinin koordinatları və hündürlüklərinin mübadiləsi həyata keçirilir. 

3. Hazırda demarkasiya işlərinin ən aktiv fazası Azərbaycanın Ermənistanla olan sərhədlərinə yönəlib.

Çünki 30 illik erməni işğalı, sərhəd sürüşdürmələri və s. kimi problemlər bu işi qismən çətinləşdirib. Həm də sərhədlərin delimitasiya və demarkasiyası üçün hər iki dövlətin bir-birinin ərazi bütövlüyünü tanıması gərəkdir. Bu istiqamətdə isə üçtərəfli komissiyaların görüşləri keçirilir və müəyyən razılaşmalar əldə olunur.

MDB Dövlət Başçıları Şurasının onlayn iclasında Paşinyanın Azərbaycandan Naxçıvana dəmiryol və avtomobil yolunun çəkiləcəyini açıqlaması noyabrın 9-a nəzərdə tutulan üçtərəfli görüşə ümidləri artırıb. Yəni, sərhədlərin delimitasiya və demarkasiyası ilə əlaqədar mühüm razılaşma əldə oluna bilər.

Ermənistan Azərbaycanın ərazi bütövlüyünü də tanısa, sülh müqaviləsinin imzalanması tezləşəcək.

Sərhədlərin demarkasiya prosesini qəlizləşdirən nüans bir ölkə tərəfindən digərinin ərazi bütövlüyünün tanınmamasıdır. Bu səbəbdən Bakıda səfirlikləri olan Türkiyə, İran, Gürcüstan və Rusiya ilə demarkasiya, sərhəd müəyyənləşdirmələri rahat formada aparılıb. Sadəcə, bəzi qüvvələr ara-sıra Azərbaycanın 4 ölkə ilə olan quru sərhədlərinin hamısında iğtişaş yaratmağa çalışırlar:

-    2020-ci ildə Dağıstan sərhədində OMON-azərbaycanlı insidenti
-    2019-cu il Keşikçidağ qanunsuzluğu
-    2021-ci ilin oktyabrında İranın Azərbaycanla sərhəddə 4 hərbi təlim keçirməsi
-    I Qarabağ savaşında erməni işğalçılığı

P.S. Azərbaycan həm Rusiya, həm də İranla quru sərhədləri olan yeganə dövlətdir.

Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO