Şəhidin medalı atasına təqdim olundu - FOTO

Şəhidin medalı atasına təqdim olundu - FOTO

Hazırda oxunan: Şəhidin medalı atasına təqdim olundu - FOTO

44434

Qusarda Vətən Müharibəsi şəhidi, Xocavənd döyüşlərində şəhid olmuş Amrid Yunusovun medalı ailəsinə təqdim edilib.

Bizim.Media-nın məlumatına görə, əvvəlcə Amrid Yunusovun Əniğ kənd qəbristanlığındakı məzarı  ziyarət olunub.

Ziyarət edənlər arasında Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qusar filialının üzvləri, yerli icra hakimiyyətinin əməkdaşları  və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qusar rayon şöbəsinin rəsmiləri də yer alıblar.

Şəhid Amrid Yunusovun Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə təltif edildiyi "Cəsur döyüşçü" medalı atası Zaur Yunusova  təqdim edilib.

Aytəkin Alxaslı, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO