Tanınmış meyxanaçı Namiq Qaraçuxurlu İrana gedib.
Bizim.Media xəbər verir ki, bu barədə meyxanaçı İnstaqram hesabında paylaşım edib.
Namiq Qaraçuxurlu anasının səhhətinin pisləşdiyini, İrana əməliyyat üçün getdiklərini deyib.
“Ərdəbildəyəm, lakin gəlişimin səbəbi konsert deyil. Anamı həkimə gətirmişəm. Hazırda müayinədədir, əməliyyat olunacaq. Sevginizlə birlikdə dualarınıza da ehtiyacım var".
Bizim.Media