“Nəhayət, sərhədləri dəqiqləşdirmək və ölkəmizin dinc inkişafını təmin etmək lazımdır”.
Bizim.Media “Sputnik Armenia” nəşrinə istinadən xəbər verir ki, bu fikirləri Ermənistanın Ərazi idarəetmə naziri Qnel Sanosyan parlamentdə səsləndirib.
Onun sözlərinə görə, əgər sərhəd keçən əsrin 20-ci illərinin xəritələri ilə çəkilsə, Ermənistan bundan qazanacaq:
“Amma bunların əsas götürülüb-götürülməyəcəyini dəqiq deyə bilmərəm. Hüquqi məsələlər həll olunana qədər gözləməliyik. Uzun müddət regionda torpaqla bağlı müəyyən sənədlər sovxozlar səviyyəsində hazırılanırdı”, deyə nazir qeyd edib.
Bizim.Media