"Kayrat" - "Qarabağ" oyununun hakimləri açıqlandı

Hazırda oxunan: "Kayrat" - "Qarabağ" oyununun hakimləri açıqlandı

44324

UEFA Konfrans Liqasının qrup mərhələsinin IV turunda Qazaxıstanda "Kayrat" və "Qarabağ" komandaları arasında keçiriləcək oyunun hakimləri bəlli olub.

Bizim.Media-nın məlumatına görə, qarşılaşma Moldovadan olan hakimlər briqadasına tapşırılıb.

FIFA referisi Dumitri Munteana, Andrei BodeanVictor Mardari laynsmanlar qismində kömək edəcəklər.

Dördüncü hakim funksiyasını isə Veaceslav Banari yerinə yetirəcək.

Qeyd edək ki, noyabrın 4-də keçiriləcək "Kayrat" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO