Nərgiz Əliyevadan ETİRAZ: “Gürcüstandakı seçkilərdə karusel, saxta pasportlar, hədə qorxu…” - ÖZƏL

Nərgiz Əliyevadan ETİRAZ: “Gürcüstandakı seçkilərdə karusel, saxta pasportlar, hədə qorxu…” - ÖZƏL

Hazırda oxunan: Nərgiz Əliyevadan ETİRAZ: “Gürcüstandakı seçkilərdə karusel, saxta pasportlar, hədə qorxu…” - ÖZƏL

44259

“Gürcüstanda keçirilən seçkilər istər 1-ci, istərsə də 2-ci tur ciddi qanun pozuntuları və saxtalaşdırma faktları ilə keçirildi. Pul ilə səslərin alınması, bir nəfərin bir neçə dəfə səs verməsi, karusel, saxta pasportlar, hədə - qorxu, təzyiqlər, jurnalistlərə qarşı mənəvi və fiziki təzyiq, partiya müşahidəçilərinə və aktivlərinə qarşı təxribatlar, həbslər, və s kimi faktlar mövcuddur”. 

Bu sözləri Bizim.Media-ya özəl açıqlamasında bildirən Gürcüstanın Vahid Milli Hərəkat Partiyasının Marneuli bələdiyyə məclisinin üzvü Nərgiz Əliyeva əlavə edib ki, söylədikləri barədə beynəlxalq müşahidəçilər, habelə Amerika səfirinin bəyanatı da mövcuddur:

“Bütün bu proseslər ölkədə demokratiyanın öldüyünü, qütbləşmənin, zorakılığın və vətəndaşın azad seçmə hüququnun tapdalandığını ifadə edir.
 

Buna etiraz olaraq müxtəlifət partiyaları birləşərək etirazlarını etməkdədir. Bir çoxu parlament mandatından imtina edir.


Mitinq və etiraz aksiyaları planlaşdırılır. Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvilinin hazırda əsassız sanksiyalarla həbs edilməsi, hansı ki, o sanksiya və ittihamları dünyanın heç bir ölkəsi tanımır onun məhkəmə prosesinin uzadılması, məhkum hüquqlarının tapdalanması da ciddi narahatçılığa səbəbdir. O, 31 gündür ki, aclıq aksiyası keçirir səhhəti gündən-günə pisləşir, ona hüququ olan tibbi xidmət lazımi şəkildə göstərilmir, hospitalizasiya hüququ təmin edilmir. Bu və digər ciddi qanun pozuntularına səssiz qalmayan əhali narahatdır və etiraz edir. Gürcüstanda siyasi gərginlik, destabilizasiya cərəyan edir. Buna dünya ictimaiyyəti daha çevik münasibət bildirməlidir deyə düşünürəm. Ədalət, qanun aliliyi, demokratiya biqərar edilməlidir”.

Qeyd edək ki, Gürcüstanda keçirilən bələdiyyə seçkilərinin ikinci turunda hakim "Gürcü Arzusu" Partiyasının namizədləri 20 şəhərdən 19-da qalib gəliblər. Seçkilərin nəticələri əsasında 5 böyük şəhərin (Tbilisi, Rustavi, Batumi, Kutaisi, Poti) və 15 bələdiyyənin meri, həmçinin 24 seçki dairəsi üzrə şəhər şuralarına (sakrebulo) 42 majoritar deputat müəyyənləşdirilib. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO