Miqrantlar üçün pis xəbər: Rusiyada bu sahədə işləyə bilməyəcəklər

Miqrantlar üçün pis xəbər: Rusiyada bu sahədə işləyə bilməyəcəklər

Hazırda oxunan: Miqrantlar üçün pis xəbər: Rusiyada bu sahədə işləyə bilməyəcəklər

44129

Moskva merinin müavini Andrey Boçkarev paytaxtdakı tikinti sahələrində işçi ehtiyatlarının çatışmazlığını təxminən 40% qiymətləndirib. 

Bizim.Media TASS-a istinadən xəbər verir ki, o, RBK telekanalına müsahibəsində çatışmazlığın 80 min nəfər olduğunu deyib.

O, qeyd edib ki, bu sahədə fəhlə də, mühəndis də çatışmır.

“Bu, Moskvada heç vaxt belə kütləvi şəkildə tikinti aparılmadığına görə baş verib”. Mer müavini belə izah edib.  

"Yeniləmə proqramı 25-30 ildən sonra həyata keçirilə bilər. Lakin problem ondadır ki, bütün mövcud obyektlər sadəcə olaraq bu tarixə qədər qala bilməzlər. Biz hazırda zamanla yarışırıq", - Boçkarev nəşrə bildirib.

Mer müavini onu da vurğulayıb ki, əvvəllər paytaxt üzrə 120 minə yaxın miqrant var idisə, indi 40 minə yaxındır.

Onun sözlərinə görə, miqrantlar əsasən Özbəkistan və Qırğızıstandan gəlir, baxmayaraq ki, buna qədər Tacikistan lider olub. 

"Yalnız bir çıxış yolu var. Çində işçilərin maaşını rubla çevirsək, orta hesabla 150 min, Finlandiyada 240 min, Böyük Britaniyada 250 mindir. Onlar xaricdən işçi gətirmirlər. Mən bu səbəbdən tikinti kompleksindəki həmkarlarıma və podratçılara Moskva şəhərindəki tikinti sahələrində xarici işçi qüvvəsi olmadan işləməyə imkan verəcək bir fəaliyyət planı hazırlamaq tapşırığını verdim", - Boçkarev bildirib.

O vurğulayıb ki, tikinti prosesinə 3 dəfədən az adam cəlb edilməli, onların maaşı isə iki-üç dəfə çox olmalıdır:

“Nəticədə bu, tikintinin sürətini iki dəfə artırar”.

Boçkarev əlavə edib ki, bu formatda işləmək üçün eksperiment aparılır. Belə ki, bir sıra obyektlərdə nəzərdə tutulan say 450 nəfər olsa da podratçı 170 nəfərlə işin öhdəsindən gəlir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO