"Forbes"in ölən ən zəngin məşhurların siyahısına yeni lider gəldi

Hazırda oxunan: "Forbes"in ölən ən zəngin məşhurların siyahısına yeni lider gəldi

44115

“Forbes”in tərtib etdiyi ən varlı vəfat etmiş məşhurlar siyahısında birinci yeri “Matilda”, “Çarli və Şokolad Fabriki” və “Cadugərlər” əsərlərinin müəllifi, britaniyalı yazıçı Roald Dal tutub.

Bizim.Media “gazeta.ru”ya istinadən xəbər verir ki, bir müddət əvvəl Netflix striminq xidməti onun hekayələrinin çəkiliş hüququnu alıb.

“Roald Dahl Story Company” 684 milyon dollar qazanıb. Yazıçının son bir ildə ölümündən sonra gəliri 700 milyon dollar təşkil edib.

2013-cü ildən 2020-ci ilə qədər ən varlı dünyasını dəyişən məşhur müğənni Maykl Cekson olub. O, indi 75 milyon dollar gəlirlə üçüncü yerə yüksəlib, ikinci yerdə 120 milyon dollar gəlirlə amerikalı musiqiçi Prins gəlir.

Daha əvvəl bildirilmişdi ki, Teslanın Hertz ilə elektromobil alqı-satqısı ilə bağlı sövdələşməsi fonunda şirkətin təsisçisi İlon Mask tarixin ən varlı adamı olub, Forbes yazır.
 

Bazar ertəsi maliyyə bazarlarında ticarətin bağlanışında nəşr sahibkarın kapitalını 271,3 milyard dollar qiymətləndirib ki, bu da ötən cümə, oktyabrın 22-i ilə müqayisədə 41,7 milyard dollar çoxdur.


Nəşr vurğulayır ki, Maskın varidatı 300 milyard dollar həddinə yaxınlaşır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO