Ceyms Bondun silahı hərracda satıldı

Ceyms Bondun silahı hərracda satıldı

Hazırda oxunan: Ceyms Bondun silahı hərracda satıldı

4410

Şon Konnerinin agent-007 rolunu oynadığı "Ceyms Bond" filmində istifadə edilən tapança hərracda yüksək qiymətə satılıb. 

Bizim.Media xəbər verir ki, tapança 256 min dollara satılıb. Söhbət "Doktor Nou" filmində olan Walther PP silahından gedir.

Süjet xəttinə görə, məhz bu filmdə Bond Berettanı Walther PP-yə dəyişir. Çünki o, Berettanın uğursuzluq gətirəcəyini düşünürdü. Həmin vaxtdan Walther PP xüsusi agentin əsas silahına çevrilir.

Silah gözlənildiyindən baha qiymətə satılıb. Çünki əvvəlcə o, 150-200 min dollar məbləğində dəyərləndirilmişdi.

Bir müddət əvvəl isə hərraca Bondun "Doktor Nou" filmində ilk sevgilisi, isveçrəli aktrisa Ursula Andressin çimərlik geyimi çxarılmışdı. Geyim yarım milyon dollar məbləğində dəyərləndirilmişdi.

Qeyd edək ki, çimərlik geyimi ilk dəfə 2001-ci ildə 45 dollara Planet Hollywood restoranlar şəbəkəsinin rəhbəri Robert Erl tərəfindən satın alınmışdı. (Azvision) 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO