Gürcüstanın müxalifət partiyalarının Tbilisidə parlament binasının qarşısında təşkil etdiyi etiraz aksiyası yekunlaşıb.
Bizim.Media Gürcüstan mətbuatına istinadən xəbər verir ki, partiya sədrləri yerli seçkilərin ikinci mərhələsinin nəticələri ilə razılaşmadıqlarını bildiriblər.
MÖVZU İLƏ BAĞLI:
Saakaşvilini Gürcüstana kim və niyə qaytardı? - Qərbin BAKI ANTİPATİYASI...
Etirazçılar qarşısında çıxış edən Vahid Milli Hərəkat Partiyasının sədri Nika Meliya noyabrın 7-də Tbilisidəki Azadlıq meydanında genişmiqyaslı aksiyanın keçiriləcəyini elan edib.
O, noyabrın 2-də Batumidə də etiraz aksiyasının təşkil olunacağını diqqətə çatdırıb.
Bizim.Media